"Eurasia Diary" Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
Belə ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini də qəbul edib.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.