"Eurasia Diary" “RİA Novosti”yə istinadən məlumat verir ki, Ukrayna prezidentinin rəsmi saytında dərc edilmiş xəbərdə bildirilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı azad ticarət zonası barədə danışıqların sürətləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Poroşenko telefon tanışı zamanı türk xalqını Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib.
Belə ki, Türkiyə tərəfi bundan əvvəl Ukrayna ilə azad ticarət zonası barədə danışıqları bu ilin sonunadək, yaxud 2017-ci ildə yekunlaşdırmaq niyyətində olduğunu bildirmişdi.
Qeyd edək ki, bundan başqa tərəflər həmçinin Krım yarımadasında insan haqları ilə bağlı vəziyyəti müzakirə ediblər.