Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.
"EDnews" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, həlak olanlardan biri təlim komandiridir.
Qəzaya səbəb kimi təlim zamanı iki vertolyotun biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.