"Sülhə məcburetmə əməliyyatı Ermənistanın siyasi xəritədən silinməsi ilə də nəticələnə bilər"

Region 08:17 11.01.2025

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə mediasına müsahibəsində növbəti dəfə absurd və sərsəm açıqlamalarla yadda qalıb. Paşinyan bildirib ki, "İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib, müsbət cavab alacağı təqdirdə onu imzalamağa hazırdır".

Halbuki, Prezident İlham Əliyev dekabrın 18-də "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələdən danışarkən bir daha bildirmişdi ki, razılaşdırılmamış iki şərt qalıb ki, onlardan biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmağı ilə bağlıdır:

"Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna dörd il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir".

Digər maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır:

"Bu niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. İlkin olaraq 40 nəfərin yerləşdirilməsindən söhbət gedirdisə, sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri də qoşuldular. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir".

Həmçinin, İlham Əliyevin sözlərinə görə, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var:

"Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil,  obyektiv şərtdir".

Azərbaycanın ikinci şərti olaraq dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvini deyib.

"Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd, ATƏT-in Minsk qrupu artıq çoxdandır ki, fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir. Əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq".

Yəni Paşinyanın hansı təklifdən danışması və müsbət cavab gözləməsi aydın deyil. Çünki ortada aydın olan təklif və müharibədə qalib gəlməsinə baxmayaraq, regionun təhlükəsizliyi üçün Ermənistana sülh əlini uzadan Azərbaycan var. Ermənistan isə müxtəlif bəhanələrlə bir-birinə zidd addımlar atıb və bəyanatlar verirsə, təxribatlar törədərək prosesi yubadırsa, sonra da heç nə olmamış kimi təklif irəli sürürsə, bu, heç bir məntiqə sığımır və kövrək sülhün ilkin addımlarına xələl gətirir.

Paşinyan əlavə edir ki, Ermənistan sülhsevər xalqdır, sülhsevər strategiyaya sadiqdir və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə, sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin mətninin razılaşdırılmasına, "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsinə, humanitar məsələlərə, o cümlədən itkin düşənlərin taleyinin aydınlaşdırılması problemlərinə diqqəti davam etdirəcək.

Maraqlıdır ki, ermənilər hesab edirlər ki, Ermənistan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşir. Guya bu ölkə geopolitik və nəqliyyat baxımından əhəmiyyətli ölkədir. Halbuki, Ermənistanın həm enerji sektoru, həm dəmiryol nəqliyyat sistemi, həm də Ermənistan məhsullarının xaricə nəql edilməsinin yeganə quru yolu (Gürcüstan-Rusiya sərhədinin Yuxarı Lars məntəqəsi) bilavasitə Rusiyanın nəzarətindədir. Yəni bu ölkə nəinki dünyanın kəsişməsidir, ümumiyyətlə dünyada mövcudluğunu qoruyub-saxlamasnın özü bir möcüzədir.

Digər tərəfdən, Paşinyan Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Çox yaxşı, amma bunun üçün təxribatlardan, terrordan, mənfi hadisələrdən başqa hansı müsbət addımlar atılır? Kommunikasiyada maraqlı olan Ermənistan niyə Üçtərəfli Bəyannamənin üzərindən dörd il keçməsinə baxmayaraq, "Zəngəzur dəhlizi"-nin açılmasında israrlı deyil, bu istiqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirmir? Çünki Paşinyanın açıqlamaları pafosdan və sərsəmləmədən başqa bir şey deyil.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev açıqlamasında deyib ki, Ermənistan baş nazirinin Azərbaycan Prezidentinin konkret tələblərinin yer aldığı xəbərdarlığına reaksiyası adekvatlıqdan uzaqdır:

"Düşünmürəm ki, bu, təkcə Paşinyanın özünün şəxsi keyfiyyəti ilə bağlıdır. Keçmişləri kimi gələcəklərini də buferçilikdə, geosiyasi alət olmaqda görənlər sərbəst qərar vermək iqtidarında deyillər. Diktəsi ilə durub-oturduqları "havadar"ları isə buna qarşı olduqlarından onlara Prezident İlham Əliyevin regionda dayanıqlı sülhün təminini nəzərdə tutan tələbini yerinə yetirməyə icazə vermirlər. Lakin regionda sülhü təmin etməyin beynəlxalq təcrübədə rast gəlinən bir yolu var ki, o da qarşı tərəfi buna məcbur etməkdir".

"Paşinyanın son açıqlaması da onu göstərir ki, faşist ideologiyasından, qonşulara qarşı düşmənçilik siyasətindən əl çəkmək istəməyən Ermənistan real sülh danışıqlarındansa, sülhə məcbur edilməyə üstünlük verir. Ancaq unudur ki, bu sülhə məcburetmə əməliyyatı sonda onun siyasi xəritədən silinməsi ilə də nəticələnə bilər", - deyə deputat diqqətə çatdırıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə hesab edir ki, Paşinyan və Ermənistanın digər rəsmilərinin və eləcə də bundan əvvəlki dönəmdə Ermənistana rəhbərlik edən şəxslər də daxil olmaqla, onların hər zaman ziddiyyətli açıqlamalarının, qeyri-konstruktiv yanaşmalarının şahidi olmuşuq:

"Xüsusilə də Paşinyan açıqlamalarında dəfələrlə müxtəlif məsələlərə ziddiyyətli açıqlamalar verməklə gündəmə gəlib. Budəfəki yanaşması da birmənalı olaraq sülhə yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır. Paşinyan bir çox məsələlərə qeyri-konstruktiv yanaşmaqla yanaşı, eyni zamanda, Azərbaycanın haqlı tələblərinin əleyhinə olduğunu nümayiş etdirən açıqlamalarla yadda qalır. Amma heç kim Azərbaycanı haqlı tələblərindən geri döndərə bilməz. Çünki Azərbaycanın tələbləri, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Sadəcə olaraq, Paşinyan, bir tərəfdən, gah Rusiyaya istinad edir, digər tərəfdən, onu hakimiyyətə gətirən Qərbin onun qarşısına qoyduğu şərtləri yerinə yetirmək üçün cəhdlər etməkdədir".

Millət vəkili qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişi təklif edərkən beynəlxalq hüququn beş baza prinsipinə əsaslanıb:

"Bununla yanaşı, Paşinyan üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməlidir. O, 2020-ci ildə imzalanan Üçtərəfli Bəyannaməyə müvafiq olaraq, mütləq mənada kommunikasiya xətlərinin, ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Həmçinin, Minsk qrupunun buraxılması ilə bağlı ölkəmizin haqlı tələbi yerinə yetirilməlidir. Eləcə də Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına geri dönüşünün də təmin olunması Ermənistanın qarşısına qoyulan ədalətli və haqlı tələblərdən biridir. Bununla yanaşı, Ermənistan ilk növbədə konstitusiya müstəvisində Azərbaycana ərazi iddialarından geri çəkilməlidir. Əks halda, sülh müqaviləsindən söhbət gedə bilməz. Nəzərə alsaq ki, sülh müqaviləsi ermənilərə daha çox lazımdır, deməli, sazişin imzalanmamasının nəticəsi erməni ictimaiyyəti üçün daha zərərlidir".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı