Avropa İttifaqının (Aİ) 27 ölkəsinin daimi nümayəndələri bu gün keçirilən iclasda Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.
“EDnyus” xəbər verir ki, bu barədə Aİ ölkələrindən birinin nümayəndə heyətindən məlumat sızıb.
"Bəli, daimi nümayəndələr bu gün səhər Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı razılaşdırıblar", - adını gizli saxlayan mənbə bildirib.
Diplomatın sözlərinə görə, bu qərar Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməlidir və bu, Aİ ölkələrinin 27 xarici işlər nazirinin yanvarın 27-də keçiriləcək iclasında edilə bilər.