Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb.
"EDnyus" xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan öz şəxsi sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Rusiya bayraqları sərhəd-keçid məntəqələrindən götürülüb:
“Dünən mən Aqarağaya gedən yolda Rusiya bayraqlarını görmədim. Belə başa düşürəm ki, Ermənistan-İran sərhədində yalnız bizim bayraqlarımız qalıb”.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar.