Təbriz mediası Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Region 10:55 06.05.2025

Təbrizdə nəşr olunan “Nəsr” qəzeti və “Xəbər Farsi” informasiya agentliyi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edib.

“EDnews” xəbər verir ki,  Azərbaycanın Təbrizdəki baş konsulluğunun təşəbbüsü ilə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ərəfəsində dərc olunan “Zəfərin zirvəsində. Ən yeni Azərbaycan” sərlövhəli məqalədə qeyd edilir: “Müstəqil və müasir Azərbaycanın həyatında baş verən bütün tarixi hadisələr “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” çağırışı ilə başladı. Dəyanətli lider uzaqgörən siyasəti, güclü iradəsi və əzmi ilə xalqın birlik, bütövlük məfkurəsini ucaltdı. Bu nailiyyət keşməkeşli tarix yaşayan bir dövlət, xalq üçün asan deyildi. Amma Ulu Öndər “Ən güclü və ən yeni Azərbaycan”ın Zəfər zirvəsində üç rəngli Bayrağı və dövlət adını imzalar sırasına əbədi həkk etdi”.

Məqalədə qeyd olunub ki, bu gün torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü, tam suverenliyini bərpa edən Azərbaycan Ulu Öndərin siyasətini rəhbər tutur. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət qarşıya qoyulan bütün hədəflərin uğurla reallaşmasına yol açır. Dahi şəxsiyyətin dövlətçilik prinsipləri əsasında qurulan müstəqil Azərbaycan özünün sülh, dostluq humanizm siyasəti ilə dünya müstəvisində öz imzası seçilir.

Müəllif Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan böyük nailiyyətlər barədə ətraflı məlumat verərək yazıb: “Heydər Əliyev xalqın bütövlüyü, həmrəyliyi, milli birliyi naminə bütün gücünü səfərbər etdi. Bu qayıdış həm də gələcək Zəfər yolunun sarsılmaz təməli oldu. Neft strategiyasının ilk addımı olan “Əsrin müqaviləsi” də bu qəbildəndir. Sözü gedən sənədin uğurlu taleyi ölkəmizə marağı artırdı. O, şəxsi nüfuzu, uzaqgörən siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycanla əməkdaşlığa cəlb etdi”.

Yazıda Ulu Öndərin hələ sovet dövründə Azərbaycanda həyata keçirdiyi quruculuq işləri, daha sonra Moskvada Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çoxşaxəli fəaliyyəti barədə oxuculara geniş məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın bugünkü uğurları məhz onun canından artıq sevdiyi Vətəni, xalqı üçün göstərdiyi xidmətlərin nəticəsidir.

Daha sonra təbrizli oxuculara Ulu Öndərin kursunun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng transmilli neft-qaz, infrastruktur və nəqliyyat layihələri haqqında məlumat verilib.

Məqalədə qeyd olunub ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!” deyən dahi şəxsiyyətin arzularını Ali Baş Komandan İlham Əliyev özünün siyasi iradəsi və güclü məntiqi ilə yerinə yetirdi. Dövlətimiz dünyaya sülh, sabitlik, qarşılıqlı əməkdaşlıq, dostluq mesajları ilə çağırış etdi. Ölkəmiz regionda sabitlik, dünyada iqtisadi dirçəliş əlaqələri ilə yeni inkişaf konsepsiyasını təqdim etdi. Hazırda Azərbaycan regionda sülh, inkişaf və tərəqqi nümayiş etdirir. Bunu Qarabağda aparılan “Böyük qayıdış” proqramı da təsdiqləyir. Bu gün Qarabağ beynəlxalq görüşlərə, rəsmi və mədəni tədbirlərə, festivallara ev sahibliyi edir. Azərbaycan xalqı azad və qədim torpaqlarında əsrin tarixi anlarını yaşayır. Buna dünya ictimaiyyəti də şahidlik edir.

Yazının sonunda vurğulanıb: “Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsinin öyrənilməsi, araşdırılması, gələcək nəsillərə çatdırılması qalib ölkənin müstəqillik tarixinin gələcəyi baxımından önəmlidir. Dahi şəxsiyyətin xatirəsi, gördüyü işlər, xalqımız qarşısındakı misilsiz xidmətləri böyük bir fədakarlıqdır”.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı