“Turkish Airlines” aviaşirkəti Asiyada vəziyyətlə əlaqədar 8-9 may tarixlərində Pakistana və əks istiqamətə uçuşlar həyata keçirməyəcək.
“EDnews” xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.
"Asiyada siyasi qeyri-sabitlik səbəbindən 8-9 may tarixlərində İslamabad və Lahora uçuşlarımız ləğv edilib", - məlumatda qeyd olunub.
Beləliklə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı uçuş həyata keçirilməyəcək.
Şirkətin məlumatına görə, mayın 7-nə qədər bu istiqamətlərə alınmış biletləri əlavə ödəniş etmədən geri qaytarmaq və ya başqa tarixlərə dəyişmək mümkün olacaq.
Fatimə Mərdanlı //EDnews