“Google” şirkəti internet şəbəkəsinə ləng çıxışı olan regionların sakinləri üçün nəzərdə tutulmuş “YouTube” əlavəsini yaradıb.
“ixbt.com” saytının məlumatına görə, hazırda əlavə beta sınaq Mərhələsindədir.
Bu əlavə istifadəçilərə video çarxları yaddaşda saxlamaq və sonradan şəbəkəyə çıxış olmadan baxmaq imkanı təqdim edir.
Hələlik istifadəçilərə iki belə versiya təqdim edilir.
Bunlardan biri 144 piksel icazəli olan “Basic Quality”, digəri isə 360 piksel icazəsi olan “Standard Quality” versiyalarıdır.
Bundan yüksək icazəli video çarxlar təqdim edilmir.
Yüklənən video çarxları “Bluetooth” vasitəsilə mübadilə etmək mümkündür. Əlavə hələlik bütün regionlarda istifadəyə verilməyib.(lent.az)