"YouTube" 30 saniyəlik reklamlardan imtina edir.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, 2018-ci ildən artıq istifadəçilərin sevmədiyi bu reklamlardan istifadə edilməyəcək.
Şirkət rəhbərliyi bunun həm istifadəçi, həm də reklam verənlər üçün uğurlu yenilik olacağını düşünür.
30 saniyəlik reklamları dayandırsalar da, onu 6 saniyəlik reklamlar əvəz edə bilər.
Şirkətin bu addımı atmasına əsas səbəblərindən biri isə dünyanın ən yaxşı markalarının feysbukda video yerləşdirmək marağının son illər daha da artmasıdır.
"YouTube" da qısa videolara keçməklə rəqabətdə uduzmamağa çalışır.(publika.az)