Amerikalı Kris Bolin internetə qoşulmadan işləyən sayt yaradıb.
“Motherboard” saytının verdiyi məlumata görə, saytın əsas səhifəsində belə bir yazı var: “Siz saytın məzmununu görmək üçün offlayna getməlisiniz”.
Şəbəkədən çıxdıqdan sonra portalda məlumat pəncərəsi açılır. Bu pəncərədə müəllif daha məhsuldar olmaq istəyənlərə offlayna daha tez-tez getməyi məsləhət görür.
K. Bolin saytın istifadəçilərinə mütəmadi olaraq özlərini şəbəkəyə qoşulmayan dəqiqələrlə “mükafatlandırmağı” tövsiyə edib. (lent.az)