Mayın 2-də tələbələrə iş və karyera imkanları təklif edən 100-dən çox dövlət qurumunun və şirkətin iştirakı ilə ADA Universitetində Karyera sərgisi keçirilir.
Ednews xəbər verir ki, sərgidə Beynəlxalq Avrasiya Mətbuat Fondunun stendi də iştirakçılar arasındadır.
Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcmeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti təqdim edir.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib. BAMF BMT-nin QHT bölməsinin "İqtisadi Sosial Şurasının General statuslu üzvü" statusuna da sahibdir.