Mütəxəssislər tərəfindən Feysbuk Messencerdə aşkar edilmiş təhlükə istifadəçiləri zərərverici proqram təminatını quraşdırmağa məcbur edir.
Hakerlər istifadəçilərin hesablarına müdaxilə edərək onun dostlarına link göndərirlər. Həmin linkə keçid edən istifadəçi videodan ibarət səhifəyə, daha sonra isə brauzerdən asılı olaraq saxta sayta daxil olur. Windows əməliyyat sistemində “Mozilla Firefox” brauzerindən istifadə edən istifadəçilərə “Flash Player” yenilənməsi bəhanəsi adı altında zərərverici fayl yükləmək təklif edilir.
Google Chrome brauzerinin istifadəçiləri Youtube-u xatırladan sayt görürlər. Onun üzərinə klik etdikdə yüklənilən genişlənmə öz növbəsində təhlükəli proqram təminatını yükləyir.
Həmçinin “Linux” və “MacOS” əməliyyat sistemlərinin istifadəçiləri təhlükə altındadırlar. (Axar.az)