“ESA Gaja” adlı peykin sayəsində alimlər öyrəniblər ki, 1,3 milyon ildən sonra Günəş sisteminə Gliese 710 adlı cırtdan ulduz daxil olacaq.
Technote xəbər verir ki, sonuncu dəfə buna bənzər hadisə nəticəsində Yer kürəsindəki dinozavrlar məhv olublar.
Avropa Kosmik Agentliyi tərəfindən istifadəyə verilmiş peykin əldə etdiyi məlumatlara əsasən, gələcəkdə Gliese 710 adlı ulduz bizim sistemə daxil olacaq. Gliese 710 təqribi olaraq Günəşdən kütləcə 60% daha ağırdır.
Çox güman ki, bu ulduz, sistemin xarici kənarındakı buz tozunun və kosmik obyektlərin parçalarının yığıldığı mühitdəə qalacaq. Bu halda Günəş ilə Gliese 710 arasındakı məsafə 90 işıq günü olacaq. Bu isə 2,25 trilyon kilometrə bərabərdir. İlk baxışdan bu cür məsafənin həddən artıq yüksək olduğu görünsə də, Gliese 710 istər-istəməz bizim sistemə təsir edəcək. O, Marsdan daha yüksək parlaqlığa sahib olacaq və öz qravitasiyası sayəsində bizim sistemə kometləri və böyük kosmik obyektləri cəzb edəcək. Bu isə öz növbəsində Yer kürəsi ilə həmin kometlərin toqquşması ehtimalını yüksəldəcək.