Fransanın şəxsi gizlilik sahəsindəki tənzimləyici orqanı olan “CNIL” “WhatsApp”a məlumatlarını “Facebook”la paylaşmağı dayandırmaq əmri verib.
“WhatsApp” keçən il istifadə müqaviləsinə “Facebook” ilə hədəfli reklam, təhlükəsizlik tədbirlərini inkişaf etdirmək üçün məlumat paylaşacağını əlavə etmişdi.
“CNIL” isə bununla bağlı qərar verib. “WhatsApp”ın təhlükəsizlik tədbirlərini artırmaq niyyətini qəbul edən şirkət, ticarət məqsədilə məlumatların toplanmasını qəbuledilməz sayıb. Şirkət tətbiqi dəyişmək üçün “Facebook” və “WhatsApp”a bir ay vaxt verib.
“WhatsApp”ın bu barədə istifadəçiləri məlumatlandırmaması “CNIL”ə görə, istifadəçilərin azadlıqlarının pozulmasıdır.
Xatırladaq ki, avropalı tənzimləyici qurumlar keçmişdə “Facebook”a məlumat paylaşımı məsələsində nəzarət etmək istəyiblər. Almaniya sentyabrda “Facebook”un “WhatsApp” istifadəçilərindən məlumat toplamasını dayandırmağını istəyib. İngiltərədə isə noyabr ayından “Facebook” “WhatsApp”dan məlumat toplamağı dayandırmışdı.(metbuat.az)