Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts "Super inək" layihəsi üçün 29 milyon funt sterlinq yatıracaq.
Layihənin məqsədi az yeyib çox süd istehsal edən inəklər yaratmaqdır. İngiltərənin "Holstein-Friesians" inəkləri gündə 19 l süd istehsal edə bilirlər. Afrika inəkləri isə gündə 1,5 l süd istehsal edir və çox az yeyirlər, həmçinin istiliyə dözümlüdürlər.
Edinburq Universitetində çıxış edən Qeyts "Maldarlıq çox əhəmiyyətli sahədir. Ən kasıb ölkələrdə yaşayan 1 milyarddan çox insan üçün kənd təsərrüfatı və heyvandarlıq xilas yoludur" deyə bildirib və "Fiziki davamlı və məhsuldar inəyiniz ola bilər" fikrini çıxışına əlavə edib. O həmçinin qeyd edib ki, layihə ilə tropik bölgələrdə xəstəliklərə məruz qalan mal-qara üçün peyvənd hazırlanacaq.(Qaynarinfo.az)