NASA Günəş sisteminin ən sirli və ən böyük planeti Yupiterin ilk dəfə görünən “Cəhənnəm fırtınaları”nın fotolarını çəkib.
“Yuno” kosmik gəmisi vasitəsilə çəkilən fotolarda güclü alov fırtınası əks olunub. Digər fotoda isə 8 fərqli qasırğanın mərkəzdəki qasırğa ətrafında birləşdiyi görünür.
Həmin ərazidə küləyin sürətinin 350 kilometrə çatdığı bildirilir. (kult.az)