“İnformasiya məkanında və kiber müharibələrdə effektiv şəkildə müqavimət göstərmək üçün süni intellekt texnologiyalarını inkişaf etdirmək lazımdır”.
TASS informasiya agentliyinə istiandən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov “Süni intellekt: problemlər və həll yolları” adlı konfransda bəyan edib.
“Hazırda bütün müharibələr döyüş meydanlarında aparılmır, onlar əvvəlcə informasiya məkanında oynanılır. Ona kim nəzarət edə bilsə, onu kim lazımi şəkildə təşkil edə bilsə, qalib də o olacaq”, - deyə Borisov bildirib.
O qeyd edib ki, Rusiyada bunun üçün bütün imkanlar var və bunu nəzərə alaraq alimləri bu sahədə işləri gücləndirməyə səsləyib. (ordu.az)
O qeyd edib ki, Rusiyada bunun üçün bütün imkanlar var və bunu nəzərə alaraq alimləri bu sahədə işləri gücləndirməyə səsləyib. (ordu.az)