Çində bazara çıxarılan AGM X2 dayanıqlı telefon üçün qeyri-adi reklam kampaniyası hazırlanıb.
AGM şirkətindən bildiriblər ki, reklam çarxı cari ilin yanvar ayından mobil video platforması olan "MIAOPAI"də yerləşdirilib. Çarxı izləyənlərin sayı isə 6 milyon nəfərdən çox olub.
Reklam filmi xəstəxanada başlayır. Qadın əməliyyat olunan yoldaşını gözləyir. Amma həkim gəlir və qadına deyir ki, bütün müdaxilələrimizə rəğmən, yoldaşınızı xilas edə bilmədik. Əlbəttə, qadın ağlamağa başlayır və dərin kədər içinə düşür. Həkim isə daha sonra sözünə davam edir və deyir ki, onun həyat yoldaşının şüuru rəqəmsallaşdırılıb və AGM X2 telefonun içinə yerləşdirilib.
Bundan sonra qadının başına gələnləri öyrənmək üçün video çarxa baxa bilərsiniz. (facemark.az)