Jon Hopkins universitetinin alimləri, Neptun planeti ölçüsündə "GJ 3470b" exoplanet aşkar ediblər.
Eurasia Diary xəbər verir ki, bu planet yerdən 96 işıq ili məsafəsində yerləşərək, qırmızı ulduz ətrafında dövr edir. "Hubble Space" teleskopunun köməkliyi ilə astronomlar, "GJ 3470b" exoplanetnin atmosferinin kifayət qədər hissəsini itirib və itirməyi davam etməsini aşkar edib.
Exoplanet sinifinə aid olan Neptun planetinə, Yupiterə, qaya formalı planetlərə nisbətən daha gec rast gəlmək olar. Bu, onun əsas ulduza daha yaxın olmasına görədir və belə hal, onların buxarlanmasına gətirib çıxarır.
Son göstəricilərə əsasən "GJ 3470b", artıq 35 % kütləsini itirib. Onun tamam buxarlanmasının bir neçə milyard ildən sonra baş verəcəyi gözlənilir.