Xaricdəki tələbələrimizin gözüylə Azərbaycanın ən sevimli rektoru və nüfuzlu universiteti

Elm və texnologiya 19:40 06.02.2019

AzEdu.az “İraq göz” layihəsi çərçivəsində xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, bu rubrikada özümüzə bir növ, iraqdan, iraq gözdən baxmağa çalışıq...

Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Türkiyənin Bilkent Universitetinin tələbəsi Əli Babayev:

Bakı Ali Neft Məktəbi –  Təhsilin ingilis dilində tədrisi və bir sıra şirkətlərlə birbaşa əlaqələrinin olması bu universiteti digər ali təhsil müəssisələrindən üstün edən amillərdir. Tədrisin ingilis dilində olması tələbələrin xarici ölkələrdə karyeraları üçün şərait yaradır.  Həmçinin,  tədris ingilis dilində olduğu zaman tələbələr dərsləri daha ətraflı şəkildə mənimsəyə bilir.  Çünki, hazırki dövrdə ingilis dilində kifayət qədər lazımi onlayn tədris materialları var, bu da tələbələrin dərslərdə çətinlik çəkdikləri məqamlarda çox yardımçı  olur.    

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Bu ali təhsil müəssisəsi neftlə əlaqəli fakültələr üçün rəqabət apara bilən universitetdir. BANM-dən fərqli olaraq, ADNSU-nun özünəməxsus keçmişi, praktik səviyyədə tələbələrin faydalanması üçün güclü şirkətlərlə əlaqələri var. Lakin digər  universitetlərin mühəndislik sahələri üçün bu sözləri deyə bilməyəcəyik…

ADA Universiteti – Bu ali təhsil müəssisəsində də tədrisin ingilis dilində olması, oranı digər universitetlərdən üstün edən amillərdəndir. İmtahanların keçirilmə metodları da dünyaca məşhur universitetlərin tətbiq etdiyi eyni sistem əsasında keçirilir. Lakin düşünürəm ki, ADA mühəndislik ixtisasları üzrə universitetlərin dünya sıralamasına girərək onlarla mübarizə apara bilmək baxımından güclü sıxıntılar keçirir. Universitetdə praktiki şəraitin əskikliyi, dərslər üzrə kadr çatışmazlığı, tələbələrin lazımi dərsləri tam mənimsəyə bilməməsinə səbəb olur. Onu da qeyd edim ki, universitetin gənc, tədrisin ingilis dilində olması öz sahələri üzrə az təcrübəsi olan, ciddi tədqiqatlarının olmadığı müəllimlərin cəlb olunmasına səbəb olur. Bu da ciddi şəkildə akademik karyera düşünən tələbələr üçün problemlər yaradır.

Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Mirəli Əhmədli:

Bakı Ali Neft Məktəbi – Bu ali təhsil müəssisəsi hazırda Azərbaycanda I ixtisas qrupuna hazırlaşan abituriyentlər üçün ən yüksək hədəflərdəndir. Neft-qaz mühəndisliyi, eləcə də elektrotexnika üçün Azərbaycanda ideal olan universitet seçimidir. Burada tələbələr aktivliyi ilə seçilir.

ADA Universiteti – Azərbaycanda oxumağı düşünsəydim, şübhəsiz ki, ADA-nı seçərdim. ADA  ilə Cənubi Koreyanın KAİST Universitetinin çox sıx əlaqəsi var. ADA Universitetinin Avropa və dünyanın bir sıra güclü ali təhsil müəssisələri ilə də tələbə mübadilə proqramları var. 

Bakı Dövlət Universiteti – Bu ali təhsil müəssisəsi hazırda Ümumilli lider Heydər Əliyev və bir çox Azərbaycanın məşhur siyasətçiləri ilə tanınır. Amma  bir vaxtlar Nobel mükafatı alan Lev Landau, Yusif Məmmədəliyev digər tanınmış elm adamlarını da yetişdirdiyini unutmaq olmaz. Təəssüf ki, son zamanlarda belə elm adamlarının olmaması çox üzücü hadisədir və universitetin nüfuzuna ciddi şəkildə təsir edir. Ölkəmizdə elmi araşdırmaya marağı, vəsaiti artıraraq daha gənc və həvəsli kadrlarla işləməklə bu problemlər həll oluna bilər.

Azərbaycan-Fransız Universiteti – Bu ali təhsil müəssisəsi barəsində çox məlumatlı olmasam da, amma nüfuzlu universitetlərlə əlaqələrini, hətta ikili diplomun olması haqqında bilirəm. Universitetin tələbələri fəallıqları ilə seçilirlər. Tələbələrin burada Fransız dilini öyrənməsi müsbət haldır və bu onlara irəlidəki karyeralarında çox böyük uğurlar verə bilər. UFAZ yeni yaransa  da son illərdə etdikləri işlərlə  ən yaxşı abituriyentləri cəlb edir.

Azərbaycan Dövlət Aqrar Universiteti – Azərbaycanın ən sevimli rektoru  İbrahim Cəfərovun son illərdəki etdiyi işlər ADAU üçün sadəcə xoş təəssüratlar yaradır. Aqraristiqamətli olmasına baxmayaraq, ölkədəki bir çox texnologiya universitetlərindən daha innovativ olan ali təhsil müəssisəsidir. Dərs cədvəlindən başlayaraq, elmi-tədqiqata qədər hər şeyi universitetin website-larından öyrənmək mümkündür. Ümid edirəm ki, ölkədəki digər universitetlərdə elmi-tədqiqata ən az bu qədər üstünlük verər.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı