“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işini başa vurub

Elm və texnologiya 19:20 12.07.2019
Bağlanış mərasimində çıxış edən  Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov  “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarını təbrik edib. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium uğurla öz işini yekunlaşdırıb.
 
C.Məmmədov yekun nitqi ilə çıxış edərək bildirib ki, Simpoziumda Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemləri araşdırıldı. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti haqqında məruzələr dinlənildi. Məruzəçilər, həmçinin müsəlman ölkələri ilə əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerant və multikultural mühitin dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məruzələrlə çıxış etdilər.
 
C.Məmmədov, eyni zamanda, Simpoziumda İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edərək, məşhur İslam alimləri haqqında məruzələrin də dinlədildiyini  diqqətə çatdırıb. 
 
Daha sonra Aİİ rəhbəri, ilahiyyat üzrə fəlsəfə doktoru  Ceyhun Məmmədov “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış Müraciətini oxuyub.
 
Müraciətdən deyilir:
“Möhtərəm cənab Prezident!
11-12 iyul 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumuna göstərdiyiniz hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığınız Müraciətə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
 
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır. 
Ulu öndər Heydər Əliyev “Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır” söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda “İslam Sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumu keçirilmişdir. 
 
11-12 iyul 2019-cu il tarixdə Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan Dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür. 
 
Müasir dövrdə Sizin rəhbərliyinizlə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır. 2016-cı ili “Multikulturalizm İli” elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz “getto”larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan Dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin “Multikulturalizm İli” elan olunması barədə 11 yanvar 2016-cı il tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də  müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir. 
 
Dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınmışdır. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılmışdır. Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqlı səsinə səs verəcəyinə ümidvarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.
Möhtərəm cənab Prezident!
 
Biz, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə, bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Tədbirin sonunda Simpozium iştirakçılarına sertifikatlar təqdim olunub. 
 
Qeyd edək ki, iki gün davam etmiş Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam edib.
Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”; “Qafqazda İslamın yayılması”; “Qafqazda multikulturalizm”; “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq”; “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında dinlənilib.
Konfransın materialları kitab şəklində çap olunacaq.
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı