“Twitter” bir sıra İran KİV-nin səhifəsini bloklayıb | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“Twitter” bir sıra İran KİV-nin səhifəsini bloklayıb

Elm və texnologiya A- A A+

“Twitter” sosial şəbəkəsi fars dilində dərc olunan bir sıra İran kütləvi informasiya vasitələrinin hesablarını əngəlləyib.

“RİA Novosti” xəbər verir ki, əngəllənən farsdilli səhifələr IRNA, YJC və “Mehr” agentliklərinə məxsus olub. Onların digər dillərdəki hesabları aktiv qalıb.

Əngəllənməyə bir neçə İran fiziki və hüquqi şəxslərinin akkauntları da məruz qalıb.

“Mehr”in məlumatına görə, onun “Twitter»dəki iki hesabı Hörmüz boğazında Britaniya tankeri “Stena Impero”nun İran tərəfindən saxlanılması xəbərinin dərc edilməsindən sonra bloklanıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...