Qarqarlar, qədim Albaniyanın knyazları

Elm və texnologiya 16:31 09.08.2019

Qədim dövlətimiz olan Albaniyanın avtoxon xalqlarından biri, güclü tayfa bilriyi quran və böyük bir ərazidə yaşayan Qarqarlar idi. Qarqarların bütün qədim mənbələrdə əsas mərkəzlərinin Qarabağın Ağdam ərazisi olduğu sübut edilir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur.

Professor Zaza Aleksidzadə yazır: “V əsrin 10- cu illərində Mesrop Maştos sivniyalı tərcüməçi Beniaminin köməyi ilə alban əlifbası yaratdı. Çar iqamətgahının ərazisində (Faytakaran-baylakan) yaşayan əhali vahid ədəbi dil norması kimi qəbul edilmiş qarqar dilində danışırdılar. Qafqaz albanları deməli qarqardan yaranmış və qarqar dilində danışırmışlar. V əsrdə yaranan alban əlifbası məhz qarqar dilində tərtib olundu. “Qarqarların xoşagəlməz, vəhşi və kobud dili” dili. Qarqarlar isə amazonlarla qonşu idilər və Azərbaycanın ilkin sakinləri hesab edilə bilərlər. (Zaza Aleksidze”Qafqaz albanları dilləndilər.”Artanuci,2003.səh.106) 

Mхitar Qoşun “Törə bitiyi” kitabında yazılır: “alban əlifbası məhz qarqar (qıpçaq) dili əsasında yaradılıb və bu işdə qarqar Beniaminin böyük rolu var.”

Antik mənbələrin, Herodotun, xüsusilə Strabonun amazonların Qafqaz dağlarındakı Keravn dağlarında yaşaması və baharda (Novruz bayramında) dağlardan enərək Qarqar düzündə qonşu qəbilə qarqarlarla nəsil artırmaq üçün görüşməsi faktının (Herodot "Tarix", IV kitab, 114-cü abzas ) açıqlaması isə Keravn (Geranuşe dağı) bugünkü Qarabağda olan Qərvənd-Camış dağının olmasıdır. Strabon daha əvvəlki müəlliflərə istinadən yazır: “Skepsisli Metrodor və Hipsikrat, həmçinin bu yerlərlə tanış olanlar məlumat verirlər ki, amazonlar qarqarların qonşuluğunda Kerauniya adlanan Qafqaz dağlarının şimal ətəklərində yaşayırlar”.( Страбон. География....c.477)
Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər. IX əsr müəllifi İbn Xordadbeh Qarqar şəhərini qeyd etmişdir. Hətta erməni tarixçisi S.T.Eremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır. S.V Yuşkov, K.V.Trever qarqarları alban tayfası hesab etmişlər və onların özlərini “Qalqay“ adlandırdıqlarını yazmışlar. “İrsi olaraq bütün Alban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, Araks çayından başlayaraq Hunarakert adlanan qalayadək (Ağstafa zonası) Qarqar knyazlığının ərazisi idi“ (Moisey Kalankatuklu, Albaniya tarixi, Bakı, 1993, f. I, 4).

Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını göstərir. Bütün müraciət etdiyimiz mənbələr Alban tayfa birliyinin tərkibində xüsusi yer tutan avtoxton türk tayfalarının burada maddi və mənəvi mədəniyyətin yaranması və inkişafında mühüm rol oynadığını təsdiq edir.Beləliklə, antik müəlliflərin məlumatlarına istinad etsək qarqarları şimal-şərqi Qafqazın düzənliklərində və dağ ətəklərində yayılmalarını demək olar. İlkin orta əsr erməni mənbələrinə əsaslansaq bu tayfanı Qarabağ düzündə, Kür çayından cənubda və Qarqar çayı hövzəsində lokalizə etmək olar. (Ямпольский З.И. Две заметки к трактовке Страбонова текста об Азербайджанской Албании // Изв. АзФАН, 1942, № 7, с. 71 – 74)

Qarqar etnonimi ilə bağlı coğrafi adlara, yəni Köndələn çaydan şimalda yerləşən Qərqər kəndi, Gədəbəyin yaxınlığında, Zəyəm çayın mənbəyində yerləşən Qərqər adlı yer, Samur çayının mənsəbində yerləşən Qarqar dağı və Qarabağdan başlanğıcını götürən Qarqar çayı kimi toponimlərə istinad etsək isə bu tayfanı daha geniş ərazidə-cənub-şərqi Qafqazda, o cümlədən, Qarqar çayı hövzəsinə bitişik olan daha geniş ərazidə yayıldığını deyə bilərik.

Qarqarlar əvvəlcə Albaniyanın şimal sərhədlərində amozonkalarla qonşuluqda yaşayırdılar. Qarqarlarla amozonkaların münasibətləri barəsində bir müəllif fikirlərini vermək yerinə düşərdi: “Nə zamansa bu yerlərdə qarqar adlı ulu bir el yaşayırdı. Mavi gözlü, qızıl saçlı igidləri özlərinə ər qızlardan istəklilər seçərdi. O qızlar ki, hər birinin daş ürəyi və dəmir mətanəti qədim dünyanı heyrətə salmışdı. Deyilənə görə, Makedoniyalı İskəndər belə çox zaman onlarla üzləşməkdən çəkinirmiş. Kişi tayfasına qənim kəsilmiş bu gözəllər-amazonkalar yalnız qarqar igidlərinə könül verər, öz adətlərinə uyğun olaraq onlara ərə gedərdilər. Doğulan qız uşaqları isə qarqarlara çatırdı”. Qarqarlar, eyni zamanda bulqarlar və kəngərlər etnik bir kütlənin soyları olub.

Aşıq Ələsgər: «Qarqar» rədifli təcnisi yada düşür:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa - Qarqar.

Zaur Əliyev, 

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı