Rusiya uçan avtomobillər istehsal edəcək - sürəti saatda 300 kilometrdən çox | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Rusiya uçan avtomobillər istehsal edəcək - sürəti saatda 300 kilometrdən çox

Elm və texnologiya A- A A+
Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.
 
Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçirir.
 
Rusiya Perspektiv Tədqiqatlar Fondunun məlumatına görə, belə avtomobillər ətrafında 15 metrədək hündürlüyündə manelər, məsələn, alçaq evlər və ya ağaclar olan 50 metr uzunluğunda zolaqdan göyə qalxa və enə biləcək. Həmin avtomobillərin uçuş məsafəsi 1000 kilometr, maksimum sürəti isə saatda 300 kilometrdən çox olacaq. Uçan avtomobillər 500 kiloqramadək yük daşıya bilər.
 
Layihə üzərində iş 5 il davam edəcək. Avtomobillərdən xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.(AzərTac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...