Kosmik lift layihəsi təqdim olunub | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Kosmik lift layihəsi təqdim olunub

Elm və texnologiya A- A A+

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

Eurasia Diary ictnews.az-a istinadən bildirir ki, işi qiymətləndirən "LiftPort Group" korporasiyasının rəhbəri Maykl Leynin sözlərinə görə, müasir texnologiyaları tətbiq etməklə belə mexanizm yaratmaq mümkündür. Layihənin konseptinə görə, qurğunun əsası ekvatorda, son məntəqəsi isə peyklərin Yer kürəsi ilə eyni sürətdə dövrə vurduğu geostasionar orbitdə yerləşəcək. Yüklərin xüsusi burazlar vasitəsilə göndərilməsi planlaşdırılır - konstruksiyanın stabilliyini mərkəzdənqaçma qüvvəsi təmin edəcək.

Ekspertlərin qiymətləndirməsinə görə, kosmik liftin dəyəri 90 milyard dollar təşkil edəcək. Yaponiyanın "Oboyashi Corporation" şirkəti 2050-ci ilədək, Çin mühəndisləri isə 2045-ci ildə belə qurğu yaratmaq niyyətindədirlər. Lakin alimlər hələ burazların yaradılması üçün uyğun material axtarışı, eləcə də yüklər üçün kəskin temperatur dəyişikliklərinin və Yer atmosferindən kənarda "kosmik zibil" və digər obyektlər kimi potensial təhlükələrin öyrənilməsi ilə məşğuldurlar.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...