Microsoft, Office və Emoji-li klaviatura buraxdı | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Microsoft, Office və Emoji-li klaviatura buraxdı

Elm və texnologiya A- A A+
Microsoft yeni Bluetooth klaviatura buraxıb. Onda ayrıca Office və Emoji bölməsi var.
 
Eurasia Diary facemark.az-a istinadən bildirir ki, "The Verge"nin məlumatına görə, daha əvvəl şirkət ancaq Office düyməsi olan klaviatura buraxmışdı.
 
Bildirək ki, Office düyməsi Windows 10 əlavələrinin işə salınmasını təmin edir. Hər məhsulun isə öz kombinasiyası var. Məsələn, Office + W, Word-ü, Office + X - Excel-i açır. Emoji düyməsi isə adından da göründüyü kimi smile-ları açır.
 
Qeyd etmək yerinə düşər ki, USB ilə qoşulan belə klaviaturanın qiyməti 59,99 dollara, kiçik Bluetooth klaviatura isə 49,99 dollara satılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...