Universal yaddaş tipi hazırlanıb | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Universal yaddaş tipi hazırlanıb

Elm və texnologiya A- A A+

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm əməli yaddaş qurğusu, həm də məlumatların saxlanılması kimi işləyə bilər.

"UltraRAM" adlı perspektiv texnologiya müasir kompüter, smartfon və başqa hesablama texnikalarının iş prinsipini tamamilə dəyişdirmək imkanına malikdir.

Eurasia Diary  ictnews.az-a istinadən bildirir ki, yaradıcıların sözlərinə görə, "UltraRAM" texnologiyası özündə əməli və fləş yaddaşın üstünlüklərini birləşdirir. Məlumatların saxlanılması üçün ənənəvi olaraq, sərt disklər və ya sərtgövdəli (SSD) daşıyıcılardan istifadə olunur, amma onların sürəti əməli yaddaşın işləmə sürətindən xeyli aşağıdır. Nəzəri cəhətdən əməli yaddaş qurğusu məlumatların saxlanılması kimi istifadə edilə bilər, amma bu, onun yüksək qiymətinə görə səmərəsizdir.

"UltraRAM" enerjidən asılı olmayan əməli yaddaş (Non-volatile RAM və ya NVRAM) növüdür, DRAM kimi eyni sürətlə işləyir, amma 100 dəfə daha az enerji sərf edir.

Lankaster Universitetinin alimləri əmin edirlər ki, yeni universal yaddaş çatışmazlığa malik deyil və bu, onu əməli və fləş yaddaş əvəzinə istifadə etməyə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...