Yeni Zelandiyada süni intellektə malik ilk polis xidmətə başlayır | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Yeni Zelandiyada süni intellektə malik ilk polis xidmətə başlayır

Elm və texnologiya A- A A+

Növbəti bazar ertəsindən yeni Zelandiyanın Vellinqton şəhərindəki milli polis qərargahında Ella adlı yeni əməkdaş ziyarətçiləri qarşılamağa başlayacaq. O, "Intela AI" və "Soul Machines" yerli İT şirkətləri tərəfindən polis idarəsi üçün xüsusi olaraq hazırlanmış süni intellektdir. Ellan bədənə malik deyil, küçələrdə patrul xidməti göstərə bilmir, amma öz həmsöhbətlərinə qarşı son dərəcə səbirli və mehribandır.

Eurasia Diary  ictnews.az-a istinadən bildirir ki, növbəti 3 ay ərzində Ellanın bacarıqları real vaxt rejimində polis qərargahına gələnlər və əməkdaşlar üzərində sınaqdan keçiriləcək. Süni intellekt yalnız konsultant funksiyalarına malikdir, amma o, əlaqə qurduğu insanların davranışı haqqında statistika toplamalıdır. Bu, ona gələcəkdə həmin şəxslərlə daha yaxşı işləməyə imkan verəcək.

Ella ziyarətçilərlə yalnız sintezləşdirilmiş nitq vasitəsilə deyil, həm də mimika, bədən dili ilə birbaşa dialoq qurmaq qabiliyyətinə malikdir. O, əsas polis xidmətləri barədə konsultasiya verə, təcili yardım xidmətləri ilə əlaqə saxlaya bilər. Bundan başqa nəsə söyləmək istəyənləri sadəcə dinləyə bilər. (milli.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...