1 həftəlik tətil belə əvəz olunacaq | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

1 həftəlik tətil belə əvəz olunacaq

Elm və texnologiya A- A A+

“Koronavirus infeksiyasıyla bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

Eurasia Diary xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasına hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələylə bağlı qərar veriləcək:

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılmasıyla bağlı fikirlər mövcud deyil”. (qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...