Kağız pulların gigiyenik olmaması rəqəmsal ödənişləri aktual edir

Elm və texnologiya 20:44 30.03.2020

Koronavirus pandemiyasının sürətlə yayıldığı bir şəraitdə insanların nağd pula olan tələbatının artdığı müşahidə olunmaqdadır.

Bunun obyektiv və psixoloji səbəbləri olsa da hazır ki, vəziyyətdə kağız pulların insan sağlamlığına təhlükəyaratma riski olduqca yüksəkdir. Kağız pulların dövriyyəsi zamanı onların əldən-ələ keçməsi insanların koronavirusa yoluxma ehtimalını daha da artırır. Tədqiqatlara əsasən adi qrip virusu kağız əskinaslarda canlı və yoluxucu vəziyyətdə 17 gün qala bilər. Bu səbəbdən "Covid-19"-ın yayılmasında nağd pulların mühüm rol oynadığını ehtimal etmək heç bir mübahisə doğurmur. Buna görə də dünya hökumətləri artıq kağız pullar ilə edilən əməliyyatları yenidən nəzərdən keçirməlidirlər. Hazırda Çin hakimiyyəti "COVID-19" izləri olma ehtimalı olan kağız pulları dezinfeksiya və məhv edir. ABŞ Federal Ehtiyyatlar Sistemi isə yoluxmuş pulların ölkəyə daxil olmasından ehtiyat tədbir olaraq on gün ərzində Asiya və Avropadan daxil olan nağd dollara karantin tətbiq etdi.

EdNews kriptoinvest.az-a istinadən bildirir ki, mövcud şəraitdə "Covid-19" pandemiyası rəqəmsal ödənişləri əsas ödəniş üsuluna çevirməyə kömək edəcək mühüm katalizator rolunu oynaya bilər.

Nəzərə almaq lazımdır ki, hazırda Avropa ölkələrində (xüsusilə İtaliya və İspaniya) koronavirus pandemiyası daha sürətlə yayılmaqdadır. Bu, fatk artıq rəqəmsal ödənişləri daha da aktual edir. Lakin buna baxmayaraq Avropanın nüfuzlu banklarından biri olan "Deutsche Bankı"-ın cari ilin yanvar ayında apardığı araşdırmaya əsasən, inkişaf etmiş ölkələrdə yaşayan respondentlərin üçdə biri nağd pulu ən çox seçilən ödəniş metodu adlandırıb, yarıdan çoxu isə kağız pulların həmişə istifadədə olacağına inandıqlarını qeyd ediblər. Təbii ki, bu tip dərin köklü vərdişləri sosial sarsıntı yaratmadan dəyişdirmək üçün müəyyən vaxt lazım olacaq. Bununla belə Avropada rəqəmsal ödəmə sektorunda fəaliyyət göstərən hər hansı bir böyük maliyyə və ya texnologiya şirkəti yoxdur. Buna görə də Avropalı istehlakçılar ABŞ-ın PayPal, Apple Pay, Google Pay kimi ödəniş servislərinə etibar etməyə məcburdurlar.

Global-digital-payment-market Koronavirus pandemiyasının yayılması və mağazalardakı nağdsız ödəniş formalarının artan populyarlığından əlavə, insanların rəqəmsal ödənişlərə keçmək istəməsinə başqa faktorlar da təsir edir. Deutsche Bank tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, insanların rəqəmsal ödənişlərə keçid qərarına təsir edən və mühüm rol oynayan faktor - rahatlıq amilidir. Rəqəmsal cüzdanlar pulsuzdur və istifadə qaydaları elə də çətin deyil. Bundan əlavə, rəqəmsal ödənişlərə keçid xərcləri izləməyə və büdcənizi idarə etməyə də kömək edir. Təhlükəsizlik baxımından isə nağd puldan imtina etmək vəsaitlərinizin fiziki oğurlanmasının qarşısını alır.

Çindən kənarda mövcud pandemiya böhranı hələ ki, əksər ölkələri nağd pulların dezinfeksiya və ya məhv edilməsinə, həmçinin yenidən çap olunmasına məcbur etməyib. Lakin "Covid-19" hər əsrdə bir dəfə baş verən dəhşətli pandemiyaya çevrilə bilər. Məşhur milyarder Bill Gates "New England Journal of Medicine" jurnalında dərc edilən məqaləsində bununla bağlı xəbərdalıq etmişdi. O, hesab edir ki, yüz ildə bir dəfə yaranan bir pandemiya ilə mübarizə aparmaq üçün yüz ildə bir dəfə verilən qərarlar qəbul etmək lazımdır. Belə qərərlardan biri də rəqəmsal ödənişlərə qaçılmaz keçidi sürətləndirməkdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
Hamısı