Huawei ABŞ-ın sanksiyalarına görə zərərini açıqladı | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


Huawei ABŞ-ın sanksiyalarına görə zərərini açıqladı

Elm və texnologiya A- A A+

Çinin texnologiya nəhəngi Huawei şirkəti ötən il ABŞ-ın sanksiyalarına görə şirkətə dəyən zərəri açıqladı.

EdNews  ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin nümayəndəsi Eric Xu məlumat yayıb.

O bildirib ki, 2019-cu il ərzində Huawei şirkəti 12 milyard dollar zərər görüb: "Lakin bu sanksiya və dəyən zərər şirkətin fəaliyyətinə təsir edə bilmədi. Bildiyiniz kimi ötən ilin may ayında ABŞ Huawei-yə qarşı ticarət sanksiyasına başladı. Bununla da, Huawei yeni smartfonlarına Google xidmətlərini əlavə edə bilmədi".

Qeyd edək ki, şirkətin bir müddət əvvəl verdiyi açıqlamaya görə, əsas zərər görən smartfon, kompüter və planşet biznesi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...