NASA-nın helikopteri Marsda istifadə olunacaq | Eurasia Diary - ednews.net

30 May, Şənbə


NASA-nın helikopteri Marsda istifadə olunacaq

Elm və texnologiya A- A A+

NASA Marsın tədqiqi üçün nəzərdə tutulmuş uçuş aparatını rəsmi olaraq təqdim edib.

EDNews.net  ted.az-a istinadən bildirir ki, "Ingenuity" ("İxtiraçılıq") adlandırılan mini-helikopter bu ilin iyulunda başlayacaq "Mars 2020" missiyasının tərkib hissəsi olacaq.

Sınaqlar təxminən 2021-ci ilin yazında keçirilməsi nəzərdə tutulan 30 günlük eksperimental pəncərədə baş tutacaq.

"Ingenuity" Marsda gəzən robot "Perseverance" ("İnadkarlıq") ilə birlikdə işləyəcək. Helikopter Marsın çətinliklə gedilə bilən sahələrini havadan tədqiq edəcək. Robot isə "Qırmızı planet"in səthində məlumatları toplamaq və onları Yer kürəsinə göndərmək missiyasını yerinə yetirəcək.

NASA rəsmilərinin planlarına görə, Marsda missiya 17 iyul - 5 avqust 2020-ci il tarixləri arasında başlayacaq.

Vertolyotun planetə 2021-ci ilin fevralında enməsi nəzərdə tutulur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...