Azərbaycan İlahiyyat İnstitutunun müəllimi SOCAR əməkdaşlarına mühazirə oxuyub | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Azərbaycan İlahiyyat İnstitutunun müəllimi SOCAR əməkdaşlarına mühazirə oxuyub

Elm və texnologiya A- A A+
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov SOCAR əməkdaşları üçün təşkil olunan onlayn konfransda "Oruc ibadəti: teoloji, fəlsəfi, psixoloji və sosioloji aspektlərdən" mövzusunda məruzə ilə çıxış edib.
A. Qafarov oruc ibadətinin dini əsaslarından, bu ibadətin fəlsəfi, psixoloji və sosioloji aspektlərinin əhəmiyyətindən danışıb. O, məruzəsi zamanı dünya fəlsəfəsi və ədəbiyyatı ilə yanaşı, Orta əsr və müasir dövr din fəlsəfəsinin mühüm konsepsiyalarını mövzu çərçivəsində analiz edib.
Məruzə dinləyicilər tərəfindən verilən sualların müzakirəsi ilə başa çatıb. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...