Yapon kosmik gəmisinin növbəti uğuru - NASA təsdiqlədi | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Yapon kosmik gəmisinin növbəti uğuru - NASA təsdiqlədi

Elm və texnologiya A- A A+

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") Beynəlxalq Kosmik Stansiyasına uğurla çatıb.

EDNews.net  ted.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA əməliyyatın uğurla həyata keçdiyini təsdiqləyib.

"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq, materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...