Bakı metrosu qatarlarda “Tetra” radio-rabitə avadanlıqları quraşdırmağa başladı | Eurasia Diary - ednews.net

18 Aprel,


Bakı metrosu qatarlarda “Tetra” radio-rabitə avadanlıqları quraşdırmağa başladı

Elm və texnologiya A- A A+

Bakı metropoliteninin Bənövşəyi xəttə quraşdırılan müasir sistemlərin tələblərinə uyğun olaraq, daha 4 qatar tərkibində “Thales” şirkətinin işarəvermə və “Tetra” radio-rabitə avadanlıqları yerləşdirilib.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin qatarlar Bənövşəyi xəttə göndərilib və hazırda istismar olunmaq üçün müvafiq tədbirlər yerinə yetirilir.

Təmir zamanı modernləşdirmə tədbirlərinə cəlb edilən qatarlarda Rusiyanın “Spetsavtomatika” müəssisəsinin vaqon idarəetmə sistemi, ”Knorr Bremse”nin yeni nəsil kompressor aqreqatı, iki tipdə yeni kontaktorlar, habelə xətti kontaktorlar yeşiyi, “Seşeron” şirkətinin yeni tipli tezsöndürən elektrik açarı, kompressor inventoru, vaqonlararası əlaqə üçün müasir “Hartinq” sistemi, ”Kamotsi” pnevmatik qapı inteqalı və maşinist kabinalarında tavan tipli havalandırıcılar tətbiq olunub. Bu yeniliklər ən müasir qatarlarda həyata keçirilir və nəticədə əvvəlki nəsil qatarların idarəetmə sistemləridır. Onlar vaqonlara xidməti sadələşdirilməklə, qulluğu asanlaşdırır, daha uzunömürlüdürlər. Ən vacibi, vaqonların ümumi texniki xarakteristikası bərpa olunmaqla idarəetmə rəvanlığı təhlükəsizliyi və etibarlığı artırılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...