Erməni yalanı qırx gün çəkdi - Tvitter hamısını blokladı | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Erməni yalanı qırx gün çəkdi - Tvitter hamısını blokladı

Elm və texnologiya A- A A+
Tvitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan ümumi 373 hesabı bloklayıb.
 
Şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını açıqlayıb.
 
Həmçinin, fəaliyyətləri Azərbaycana qarşı yönəlmiş Ermənistanla əlaqəli olan 35 hesab şirklət tərəfindən bloklanıb.
 
“Siyasətimiz çərçivəsində Ermənistan hökuməti ilə əlaqəli 35 hesabı araşdırdıq və blokladıq. Bu hesablar Azərbaycana yönəlmiş və geostrateji cəhətdən Ermənistan hökumətinə faydalı olan xəbərləri təbliğ etmək üçün yaradılıb.
 
Bəzi hallarda saxta hesablar Azərbaycanın dövlət və siyasi xadimləri, habelə Azərbaycanda fəaliyyət göstərdiklərini iddia edən xəbər agentlikləri kimi təqdim ediliblər”.

moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...