“SpaceX”in kosmonavt olmayan sərnişinləri kosmosa səyahətə çıxırlar | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

“SpaceX”in kosmonavt olmayan sərnişinləri kosmosa səyahətə çıxırlar

Elm və texnologiya A- A A+

Dörd “həvəskar astronavt”ın üç günlük kosmik səyahəti bu gün başlayır.

EDNews.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həvəskarlar Elon Maskın “SpaceX” şirkəti tərəfindən istehsal edilən “Falcon-9” raketi ilə orbitə çıxacaqlar.

“Dragon” kapsuluna minəcək dördlü, bu macəra zamanı xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün dərman kampaniyalarına dəstək verəcək.

Uçuşun xərcləri komandanın tərkibində yer alan amerikalı milyarder, iş adamı Carid İsacman tərəfindən maliyyələşdirilir.

Bu kosmik səyahət milyarder iş adamları Riçard Branson və Jeff Bezosun bənzər səyahətlərindən sonra kosmik turizmin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olaraq görülür.

Qrupda yer alan digər şəxslər isə səhiyyə işçisi, məşqçi və analitikdir.

Başqa şəxslərə də macəralar yaşatmaq üçün ilham verməyi hədəfləyən dördlüyə “Inspiration4” (iham verən dördlü) deyilir.

Raketin ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən yerli vaxtla saat 20:02 -də havaya qalxması gözlənilir.

Yerdən 575 kilometr məsafəyə uçmağı hədəfləyən kapsul, Beynəlxalq Kosmos Stansiyasından 150 kilometr yüksəkdə bir orbitə sahib olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...