Səudiyyə Ərəbistanı başqalarına “qırmızı ürək” emojisi göndərən “WhatsApp” istifadəçilərini cəzalandıracaq.
Ednews Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə istinadən xəbər verir ki, bu emojini göndərməkdə təqsirli bilinən istifadəçiləri iki ilə qədər həbs və 100.000 SAR (26 min dollar) məbləğində cərimə gözləyir.
Ölkədə bu emojidən istifadə tam qadağan olunmasa da, qarşı tərəf şikayət etdiyi təqdirdə bu, cinayət əməli sayılacaq.
Qeyd edək ki, bu qərar digər cinsi təlqinləri təmsil edən emojilərə də ail edilir.
Aysel Bədəlova