Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ötən bazar ertəsi buraxılması planlaşdırılan, lakin mühərrikində nasazlıq səbəbindən gecikən Artemis roketinin yeni buraxılış tarixini açıqlayıb.
Ednews "Daily Mail"-ə istinadən xəbər verir ki, Orion kosmik kapsulunu daşıyacaq Artemis 3 sentyabr şənbə günü orbitə buraxılacaq.
Buraxılışın CET vaxtı ilə 21:17-dən başlayaraq iki saatlıq intervalla baş tutması planlaşdırılır.
İnsanları Aya geri göndərməyi planlaşdıran NASA 10 ildir ki, bu missiya üzərində işləyir.
Qeyd edək ki, roket Orion kapsulu ilə ilk pilotsuz sınaq missiyasını həyata keçirəcək.
Nəzrin Beydiyeva