İrlandiya höküməti instagram-ın uşaqların məlumatlarının məxfiliyini pozduğunu bildirərək şirkəti 405 milyon avro cərimələyib.
Ednews "scitechdaily"-ə istinadən xəbər verir ki, şirkət uşaqların telefon nömrələri və e-poçt ünvanlarının ictimaiyyətə açıqlanması barədə ittihamlara məruz qalıb.
Bəzi uşaqların profillərinə daxil olan insanlar izləyici sayını görmək üçün hesablarını biznes profilinə çevirsələr də məlumatlarının ictimailəşməyib.
Meta şirkəti isə qərara etiraz edib. Bu, İrlandiyadakı tənzimləyicilərin Metaya tətbiq etdiyi üçüncü cəzadır.
Meta şirkətinin açıqlamasına görə tətbiqdə qeydiyyatdan keçən və 18 yaşından kiçik hər kəsin şəxsi hesabı var.
Ona görə də yalnız tanıdıqları insanlar onları görə bilər. Uşaqlar ismarıc yazmadığı təqdirdə, tanımadıqları yaxud izləmədikləri şəxs onlarla kommunikasiya qura bilməz.
Nəzrin Beydiyeva