Azərbaycanda yeni yaradılan Elm Fondu hansı işlər görəcək? AÇIQLAMA

Elm və texnologiya 10:00 18.10.2022

“Elm Fondunun yaradılması ölkəmizdə elmi inkişafın tam təminatı üçün olduqca vacibdir”.

Bu sözləri Ednews-a açıqlaması zamanı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirib. O, yeni yaradılan Azərbaycan Elm Fondunun istiqamətlərini şərh edərkən qeyd edib ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu kimi fondlar fəaliyyət göstərir.

“21-ci əsrdə elmi tədqiqatların yönümü artıq dəyişib. Azərbaycanda bir çox elmi sahələr, məsələn, genetika, molekulyar biologiya, informasiya-kommunikasiya texnologiyaları, fizika, kimya üzrə tədqiqatların aparılmasına ehtiyac var. Bütün bu tədqiqatların həyata keçirilməsi üçün mütləq maliyyə ayrılmalıdır. Bundan başqa, fondun vəsaiti hesabına müəyyən elmi kitabların çapına ehtiyac duyulur. Qeyd edim ki, biz elmi ədəbiyyatların nəşrində bəzi ölkələrdən geri qalmışıq. Dünyanın müxtəlif ölkələrində Nobel mükafatı alan alimlər kitablarını və digər elmi əsərlərini müxtəlif dillərə, xüsusilə ingilis, rus, fransız və türk dillərinə tərcümə etdirilər. Elmi ədəbiyyatın çapına maliyyə ayrılması tələbələrin, magistrların və tədqiqatçıların geniş miqyasda elmi resursları əldə etməsinə imkanlar yaradacaq”. 

Deputat, həmçinin bildirib ki, gənclərin elmə motivasiya olunmasına və onların elmi fəaliyyətlərə cəlb olunmasına fondun müsbət təsirləri ola bilər. 

“Fondun vəsaiti hesabına elan olunan hər hansı elmi layihənin və proqramın tətbiq olunmasında gənc alimlər mütləq iştirak etməlidir. Çünki bu, onların gələcək karyerasına öz töhvələrini verəcək. Gənc alimlərin elmi tədqiqatları qiymətləndirilməlidir”.

Eyni zamanda E.Əliyev gənclərin xarici ölkələrdə təbiət elmləri, informasiya texnologiyaları və digər elmi sahələr üzrə təcrübə kurslarında iştirak etmələri üçün şərait yaradılmasını zəruri hesab edib. Onun sözlərinə görə, bu məsələlər fondun ilkin priotetlərinə daxil olmalıdır. 

“Gənclərimizin beynəlxalq səviyyədə tanınmış universitetlərinin laborotoriyalarında qısamüddətli çalışması, həmin təhsil ocaqlarında alimlərin mühazirələrini dinləməsi, seminarlarda iştirak etməsi mühümdür. Ona görə ki, onlar əldə etdikləri bilikləri və təcrübələri ölkəmizin elmi inkişafında bölüşəcəklər, onların sahəsində elmi tədqiqatların aktivliyinin indeksləri daha yüksələcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Fondun nizamnnaməsinə görə, fondun maliyyə vəsaiti 4.157.866 manatdır.

Yunis Abdullayev

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
Hamısı