Məktəblərdə cinsi tərbiyə dərsi olmalıdır yoxsa yox? Ekspert rəyləri

Elm və texnologiya 10:00 05.11.2022

Məktəbli uşaqların yaşına uyğun cinsi tərbiyələrinin artırılması təklif olunur. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsində dinləmələr keçirilib. Son zamanlar məktəblilərə qarşı baş verən seksual xarakterli hərəkətlərin baş verməsi məsələni aktuallaşdırıb, bu da cəmiyyət arasında böyük təşvişlə qarşılanıb.

İclas iştirakçılarının fikrincə, uşaqlara cinsi maarifləndirmə ilk olaraq ailədən başlamalıdır. Bundan başqa, mənəviyyatı korlayan halların qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi də təklif olunub.

Ümumiyyətlə, məktəblərdə seksual xarakterli problemlərin həll olunması üçün hansı tədbirlərin görülməsinə zərurət var?

Məsələ ilə bağlı Ednews-a açıqlama verən təhsil eksperti Kamran Əsədov hesab edir ki, cinsi tərbiyə ilə bağlı mütləq tədris proqramları tətbiq olunmalıdır.

“Cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə, uşaqlara nə isə qeyri-etik bir mövzu ətrafında maarifləndirilicəklərini düşünür. Lakin bu qavramda pornoqrafiya, erotikadan söz getmir. Bu geniş bir anlayışdır, orada bir qızın özünü bir qadın, oğlanın isə özünü kişi kimi dərk etməsinə yardımçı olacaq.

Çünki indiki zamanda Azərbaycanda bir çox ailələrdə vəziyyət çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir. Bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar var. Məsələn, uşaqlara ailədə rolları, cəmiyyətdə formalaşmaları tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir. Məsələn, yetkinlik yaşına çatanda həm qız, həm də oğlanların orqanizmində bir-sıra dəyişikliklər baş verir. Böyük əksəriyyət məlumatsız olduğundan, utandığından heç nə soruşmur və baş verənləri qorxu ilə qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir”.

Təhsil eksperti bu dərsin tədris edilməməsində əsas problemin mütəxəssislərin çatışmazlığında olduğunu qeyd edib.

“Bu, çox həssas və təhlükəli məsələdir və proqramı işləyib hazırlamaq çox böyük həssasiyyət tələb edir. Baxmayaraq ki, bu dərs uşaqlara vacibdir, ancaq bu işi üzərinə götürən şəxslərin onun öhdəsindən nə dərəcədə gələcəkləri qorxuda bilər. Onları bir sual narahat edə bilər: Həqiqətən, bir azərbaycanlı məktəblisinə bu lazımdır, yoxsa yox? Çünki bizlər konkret insanlarıq. Heç vaxt gələcəyi düşünmürük. Ona görə də, biz bu məsələlərə barmaqarası baxırıq. Bu dərslər vacibdir, əgər onu düzgün qursaq, nəvələrimiz düzgün böyüyəcək. Qızlarımız çölə atılmayacaq, evdə döyülməyəcək, söyülməyəcəklər”.

Ailədə cinsi tərbiyə ilə bağlı maarifləndirməyə gəlincə isə, psixoloq Tariyel Məmmədov bildirib ki, valideynlər bu kimi problemlərin öhdəsindən gəlmək üçün övladlarını xüsusi mütəxəssislərin yanına aparmalıdı.

“Ümumiyyətlə, İslam mədəniyyətinə malik və milli mentalitetə önəm verən cəmiyyətlərdə uşaqlar cinsi tərbiyə barəsində fərqli şəkildə hazırlanırlar. Bu nədir? Valideynlər, baba və nənələr bu haqda danışmırdılar, onlara yalnız öz yaşıdları, əmi və xala uşaqları məlumat verirdi. Bu gün bu tendesiya artıq yoxdur. Çünki geniş ailə modeli ortadan qalxıb, münasibətlər minimuma enib və qohumluq əlaqələri deqredasiya uğrayıb. Ona görə də, bu vəzifə valideynlərin üzərinə düşür. Amma bizim mentalitet buna tam imkan vermir. Valideynlər uşaqları ilə bu tip söhbətləri aparanda, pərdənin aradan qalxdığını düşünürlər. Ona görə cinsi tərbiyənin alınması üçün valideyinlər uşaqlarını xüsusi mütəxəssislərin yanına aparmalıdırlar. Onlar uşaqları cinsi tərbiyə barədə ətraflı maarifləndirə bilərlər. Onu da qeyd edim ki, valideynlər uşaqlara bu barədə məlumat verərkən, bəzən mənfi nəticələr meydana gəlir. Yəni, uşaqlarda seksual hərəkətlərə maraq yaranır”.   

Uşaqların cinsi istismara məruz qalmalarının, xoşagəlməz hallarla üzləşməsinin bir səbəbi də sosial şəbəkələrin bu qədər əlçatanlığıdır. Burada azyaşlılar, asanlıqla istədikləri video izləyə bilər və insanlarla ünsiyyət qura bilir.

Bəs, bu halların qarşısı necə alınmalı və azyaşlılar hansı yollarla nəzərətdə saxlanılmalıdı?

Bu barədə, İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov fikirlərini öyrəndik. O, qeyd edib ki, məktəbli uşaqları internetdə pornoqrafik videolaran qorumaq üçün xüsusi ailə proqramları var.

“Valideynlər bu proqramlardan istifadə edərək, övladlarının və ailə üzvlərinin həmin saytlara daxil olmasını nəzarət edə bilərlər. Azərbaycanda bu istiqamətdə ciddi islahatların aparılmasına ehtiyac var. Hesab edirəm ki, övladlarımızı bu cür fəsadlardan qorumaq üçün ölkəmizdə xüsusi müasir proqramlar tətbiq olunmalıdır. Bu tam qanunidir və hüquqi əsasları var”.

Yunis Abdullayev

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Hamısı