“Hər evdə dövlətin səsi video kimi göründü” Telejurnalistlər Peşə Bayramından danışdılar

Elm və texnologiya 09:00 06.11.2022

1926-cı il noyabrın 6-da Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlanıb. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

Ednews bu münasibətlə jurnalistlərin peşə bayramını təbrik edir və tanınmış televiziya əməkdaşlarının münasibətini öyrənib.

Əməkdar jurnalist, alim, bir vaxtlar Aztv-nin əməkdaşı olmuş Vüqar Qaradağlı peşə həmkarlarını təbirk edərək bunları deyib:

“AzTv bütün televiziyaların ana televiziyasıdır. Radio işlərinin Azərbaycan Dövlət Televiziyasının yaranmasında müstəsna rolu olub. Televiziyanın yaranması Azərbaycanın həyatında çox böyük hadisə oldu. Hər evdə dövlətin səsi video kimi göründü. Mənim həyatımda Aztv-nin rolu danılmazdır. Çünki atam, anam, bacım, həyat yoldaşım hamı Azərbaycan televiziyasının işçiləri, əməkdaşları olub. Özüm də vaxtilə bu kanalda veriliş aparmışam. Ərəb dili verilişi olub. Sonra elə bir dövr gəldi ki, müstəqil televiziyalar yaranmağa başladı. Onların hamısı Azərbaycan televiziyasının bazasında yarandı. ANS, Space, Lider və digər kanalların özəyi Azərbaycan televiziyasından qaynaqlanır. Ona görə də Aztv-nin bayramı təkcə Azərbaycan televiziyasının bayramı deyil, bütün Azərbaycanın bayramıdır. Bu gün mənim üçün də böyük bayramdır. Çünki həyatımın bir hissəsini televiziyada keçirmişəm, oradan çox şey öyrənmişəm. Ustad televiziya işçilərindən Fuad Vəlixanov, Vaqif Sənani, Əhməd Oruc kimi şəxsiyyətlərdən öyrənmişəm. Azərbaycan televiziyasının həm mənim, həm də cəmiyyətin həyatında müstəsna xidməti və rolu var”.

Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist Dilarə Səlim də təbriklərə qoşulub. O qeyd edib ki, AzTv təkcə orada işləyənlər üçün deyil, bütün televiziya kanalları üçün bir məktəbdir.

“Birincisi, ona görə ki, Şərqdə ilk yaranan televiziya kanalıdır. İndinin özündə də AzTv digər kanallar üçün örnəkdir. Məktəb statusunu hələ də qorumaqdadır. Həyatımda bu kanalın rolu çox böyükdür. Demək olar həyatım AzTv-nin, televiziyanın özüdür. Həyatımın böyük hissəsini burada keçirmişəm. Mənim üçün doğma ocaqdır. Rolu bir şəxsiyyət kimi formalaşmağımda böyükdür. Çünki əvvəl diktor, sonra aparıcı, daha sonra isə jurnalist kimi formalaşmışam”.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili işğaldan azad edilən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.

Oğuz Ayvaz

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Hamısı