Azərbаycаn mааrifinin yоrulmаz cаrçısı Həsən Bəy Zərdabinin film kimi həyatı Maraqlı faktlar

Elm və texnologiya 13:02 28.11.2022

Bu gün milli mətbuatımızın banisi, "Əkinçi" qəzetinin yaradıcısı Həsən Bəy Zərdabinin anım günüdür.

Ednews onun haqqında maraqlı faktları təqdim edir.

Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyata o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir.

Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb edir, bu sahə üzrə onun məsləhətçisinə, dostuna çevrilir. Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki Vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xalqı qarşısında xristian qızına evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina edir.

Böyük arzularla vətənə qayıdan Həsən bəy bir müddət Tiflisdə torpaq palatası, Bakıda quberniya idarəsi və Qubada məhkəmədə çalışsa da, ciddi çətinliklərlə, hətta həyatına sui-qəsdlə üzləşir, yenidən Bakıya dönür.

Həsən bəy Borçalıda torpaqların islahat prosesində kəndlilərə kömək edir. Lakin çar hökumətinin yaratmış olduğu müvafiq idarənin rəhbərliyi bəylərin, mülkədarların müdafiəçisi kimi çıxış edir, burada yerli bəylər tərəfindən Həsən bəyə qarşı sui-qəsd təşkil olunur. O zaman Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd cəhdi baş tutmur.

Həsən bəyin ömür-gün yoldaşı Hənifə Məlikova da tanınmış ictimai xadim idi. O, Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Bir gün Qubadan Seyidov soyadlı bir oğlan "Kaspi" redaksiyasına Həsən bəyin yanına gələrək oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu "Azərbaycanın Lomonosovu" adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas kimi yetişir...

Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu. Səfər zamanı toplanan 1600 manat banka yatırılır və onun gəliri ilə 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqının ödənilməsi təmin edilmişdi. Həmin dövrdə subay olan Həsən bəy evində cəmiyyətin pansionunu təşkil edir. Lakin yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllim tapmaq zərurəti yaranır…

1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti "Əkinçi"nin birinci nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bununla da Həsən bəy növbəti "ilk"lərdən birinə - milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Deməliyik ki, qəzetə "Əkinçi" adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlövhlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi.

Həsən bəy Zərdabi Azərbaycanda ilk qadın təhsilinin carçılarından biri, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi epitetlərlə təqdir edilmişdir.

Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildə doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur. Böyük ömrün bu illəri də doğma xalqa xidmətdə keçir. Mühafizəkarların fitnə-fəsadlarına, acı tənələrinə mərdliklə dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, müxtəlif qəzetlərə məqalələr yazıb göndərir.

Ölüm ayağında Həsən bəyin sоn sözü bu оlmuşdu: “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı.”

Oğuz Ayvaz 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı