Twitter-i satın alan İlon Mask bot hesablarına qarşı mübarizəyə başlayıb. O, Twitter-dəki paylaşımında istifadəçilərə izləyicilərin sayı barədə paylaşım edib.
Ednews xəbər verir ki, Mask Twitter hesabından verdiyi açıqlamada, "Twitter bir çox spam/fırıldaqçı hesabları təmizləyir. Buna görə də izləyici sayınızın azaldığını görə bilərsiniz.",- deyə xəbərdarlıq edib.
Şirkətin CEO-su ümumilikdə neçə hesabın silindiyi barədə məlumat paylaşmayıb.
Məşhur milyarder keçən həftə platformanın gündəlik orta hesabla 259,4 milyon istifadəçi ilə "aktiv istifadəçi rekordu" qırdığını açıqlamışdı. Maskın paylaşımından sonra sosial şəbəkə istifadəçiləri CEO-nun izləyicilərinin sayının fotosunu çəkiblər. Onların arasında saxta hesablar olduğu ortaya çıxan Maskın izləyicilərinin sayı azalıb.
Qeyd edək ki, Maskın hazırda 119,6 milyon izləyicisi var. Orta hesabla İlon Maskın izləyicilərinin sayı 100 min azalıb.
Nəzrin Beydiyeva