"Tesla" Çindəki 430 mindən çox avtomobili geri çağıracaq - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

"Tesla" Çindəki 430 mindən çox avtomobili geri çağıracaq

Elm və texnologiya A- A A+
ABŞ-ın “Tesla” elektromobil şirkəti qabarit işıqlarındakı nasazlıqdan dolayı Çindən 435 mindən çox “Model 3” və “Model Y” avtomobillərini geri çağıracaq.
 
Ednews xəbər verir ki, bu barədə Şərqi Asiya ölkəsinin “Xinhua” agentliyi məlumat yayıb.
 
Bildirilib ki, avtomobillərin işə salınması zamanı proqram təminatındakı xətadan dolayı elektrik avtomobillərinin hər iki tərəfində arxa qabarit işıqlar işləməyə bilər. Bu, zəif görünmə şəraitində qəza riskini artırır.
 
Məlumata görə, çağırılan avotmobillərin 142 mini 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrınadək istehsal olunan “Model 3” avtomobilləridir, 293 mini isə 2021-ci il yanvarından 2022-ci ilin noyabrınadək istehsal olunan “Model Y” maşınlarıdır. Xətanı aradan qaldırmaq üçün “Tesla” yenilənmə buraxacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...