Twitter-in yeni sahibi İlon Mask Twitter-dəki yenilikləri paylaşmağa davam edir.
Ednews xəbər verir ki, Mask son yazısında tvitlərin baxış sayının artıq göstəriləcəyini açıqlayıb.
Mask yeni funksiya ilə bağlı xəbəri öz twitter hesabındakı paylaşımda qeyd edib:
Paylaşımda deyilir:
"Twitter yeni View Count funksiyasını təqdim edir. Bu funksiyanın sayəsində bir tvitin neçə dəfə görüldüyünü görə bilərsiniz! Bu videolar üşün də keçərlidir.
Twitter istifadəçilərinin 90%-dən çoxunun oxuduğu, lakin ictimai əhəmiyyət kəsb etdiyi üçün tvit yazmaqdan boyun qaçırdığı məsələlərə də şamil olunur".
Nəzrin Eldarqızı