SpaceX-in Falcon-9 raketi Floridadakı "Cape Canaveral" Kosmik Qüvvələri bazasından uğurla orbitə buraxılıb.
Ednews xəbər verir ki, ABŞ-lı iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti daha 54 Starlink peyki göndərib.
İnternet peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 04:35-də yola düşüb. Qeyd edilib ki, Falcon-9-un birinci pilləli gücləndiricisi buraxıldıqdan sonra okean səthindəki “pilotsuz platforma”ya enəcək.
Aldığı yeni lisenziya ilə müxtəlif orbitlərə peyk göndərmə icazəsi əldə edən SpaceX-in yeni buraxılan peyklər sayəsində abunəçi sıxlığının olduğu bölgələrə daha sürətli internet çıxışı təmin edəcəyi bildirilir.
Nəzrin Eldarqızı