“Microsoft”un qurucusu Bill Qeytsin hansı telefondan istifadə etdiyi məlum olub.
Ednews TGRT Haberə istinadən xəbər verir ki, məşhur iş adamı növbəti dəfə smartfonu ilə gündəmə gəlib.
Cənubi Koreyanın prezidenti Li Jae-Yongu ziyarət edən Qeyts ona Galaxy Z Fold 4-ün hədiyyə edildiyini və Z Fold 4-ün yeni versiyasına keçərək “Samsung”dan istifadə etməyə davam etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl milyarder Samsungun GalaxyZ Fold 3 modelindən istifadə edirdi.
Aynurə İsmayılqızı